Bürclərin xasiyyətləri:

Bürclər » Yüksələn Bürclər » Yüksələn bürc nədir ?


Yüksələn bürc nədir ? - 18 September 2019 - Çərşənbə

 

Yüksələn bürclər, anadan olma vaxtı qazanılan hər xarakteristik, həm də fiziki özəllikləri təyin edir. Bir sözlə, bu özəlliklər "mən"i əmələ gətirir. Fərd olaraq sahib olduğumuz xasiyyətləri təyin edir. Digər insanlardan nə qədər fərqli olduğumuz, sahib olduğumuz gücü bizə göstərir.
 
Yüksələn bürclər Astrologiyanın fundamental özəlliklərindən biridir. Öz bürcümüzdən başqa, dünyaya gəldiyimiz anda üfüqdə yüksələn bürcün də xüsusiyyətlərini daşıyırıq. Bu, saat və gün olaraq dəyişir. Bəzi insanların yüksələn bürcü Qoç, bəzilərinin də Tərəzi ola bilər. Bütün bunlar doğulduğumuz günə və saata görə dəyişir. Belə olduğu halda da, təbii olaraq özəlliklərimiz, xasiyyətlərimiz fərqli olur.
 
Yüksələn bürc bizə ruhi, fərdi və fiziki özəlliklərimizi göstərir. Əks etdirəcəyimiz davranışları yüksələn bürcümüzün özəlliklərinə baxaraq öyrənə bilərik. Başqa sözlər desək, doğuş anında bizim hansı xasiyyətlər ilə təchiz edildiyimizi öyrənə bilərik. Bu vəziyyət, insanın özünə olan inamı və ya inamsızlığına da təsir edir. Bir sözlə, yüksələn bürc bizə xas olan özəlliklər üzərində çox böyük təsirə malikdir. Bizi, biz edən desək yanılmarıq.
 
Yüksələn bürc Astrolojik olaraq bizə sevgi həyatımız və ya fiziki münasibətlərimiz mövzusunda istiqamətlərimizi də göstərir. Nə qədər romantik olduğumuz və ya kobud olduğumuz, qısqanc olduğumuz və ya olmadığımız mövzusunda bizə dəqiq məlumatlar verir.
 
Yüksələn bürc doğulma anımızda, üfüq xəttində yüksələn bürcə deyilir. İdarə edici planetimiz və Ay ilə birgə hərəkət edir. Həyata olan baxış bucağımızı bizə göstərir. Yaşananları necə dəyərləndirdiyimizi və ya necə reaksiya verdiyimizi, necə yozduğumuzu deyir. Bütün bu xüsusiyyətlər yüksələn bürcün dəyişiklik etməsi ilə bağlıdır. 
 
Yüksələn bürc bir çox mövzuda nə qədər istedadlı olduğumuzu bilməyimiz üçün faydalıdır. Nə qədər ailəcanlı olduğumuzu, nə qədər ağıllı olduğumuzu bizə göstərir. Etməkdən zövq aldığımız şeylər və ya etmək istəmədiyimiz şeyləri də yüksələn bürc sayəsində öyrənə bilərik.
 
Yüksələn bürc həmçinin sosial çevrə ilə nə qədər uyğunlaşa biləcəyimiz mövzusunda, necə yerlərdə vaxt keçirmək istəyəcəyimiz və istəməyəcəyimiz mövzusunda məlumatlar verir. Bir sözlə, həyatımızda maraqlı olan hər şey haqqında məlumat sahibi olmağımız üçün yararlıdır.

 


« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!