Bürclərin xasiyyətləri:

Bürclər » Aylıq Bürclər » Qoç bürcü


Qoç bürcü - 18 September 2019 - Çərşənbə
Ayın ilk günlərində nə qədər dəyərli bir insan olduğunuzu, qazandığınız uğurları görməlisiniz. Hər kəs bu gücünüzü bilir, təkcə özünüz yox. Ayın ikinci həftəsində bəzi insanların idarəetmə sistemindən və ya hadisələrə verdiyi şərhlərdən narahat ola bilərsiniz.
 
Ayın ikinci ongünlüyündə yeni iş, yeni plan və layihələr aktual ola bilər və yeni fikirlər paylaşa bilərsiniz. İdeyalarınızı reallaşdırmaq üçün lazımi dəstək axtarmaq istəyəcəksiniz. Bu axtarış qohumlarınız və dostlarınız arasında ola bilər.
 
Ayın üçüncü ongünlüyündə sevgi həyatınızla bağlı vacib addımlarınız və cəsarətli hərəkətləriniz ola bilər. Ay sonuna doğru ortaqlıq, evlilik ola bilər. Emosional olmağınız yaxşı hal deyil. Tənha olan Qoçlar evlənə bilər və ya ümumi mənada ortaqlıq yaxud da iş birlikləri həyata keçirə bilərlər. 
 
Bu ay sizi mənəvi cəhətdən gücləndirəcək. Üstü açılmamış hadisələr və ya ağlınızdakı sual işarələrinə cavab tapmaq üçün atdığınız addımların nəticəsini önümüzdəki 3 ay ərzində tapacaqsınız. Bu ay işiniz və ya digər prioritet olan məsələniz başlıca gündəmdə olacaq.
 
Bu ayda bəzi Qoçlar üçün həssas olacağı günlər də gözlənilir.

« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!