Bürclərin xasiyyətləri:

Bürclər » Aylıq Bürclər » Buğa bürcü


Buğa bürcü - 18 September 2019 - Çərşənbə
Bu ay sosial həyatınız, insanlar, hədəfləriniz ön planda görünür. Digər insanlara faydalı olmağın özünüzə nə faydası olması haqda suallar gələcək beyninizə. Sosial həyatınıza, dost çevrənizə bir göz gəzdirmək faydalı olardı. Yeni insanlarla tanış ola bilərsiniz, lakin bu insanlara çox da bağlanmaqdan uzaq durun.
 
Ayın ikinci ongünlüyündə müsbət atmosfer istədiyiniz həyəcanı həyatınıza qata bilər. Çətin ki bu ərəfələrdə özünüzü pis hiss edəsiniz. Ayın üçüncü ongünlüyündə isə sizi izləyən, məsləhətlərinizə qulaq asan insanların çoxluğu eqonuzu şişirdə bilər və təkəbbürlü hərəkət etmə arzusu oyada bilər. Diqqətli olun !
 
Bu ay sevgi həyatınız, iş həyatınız və dostlarınızla bağlı məsələlərdə vacib hadisələr baş verə bilər, bəzi xəbərlərin üstü açıla bilər, yeni sevgi macərası peyda ola bilər. Lakin bir yaxın insanla aranızda soyuqluq yaranma ehtimalı var. Bu və sonraki isti aylarda çətin günlər yaşaya bilərsiniz. Müvəqqəti münasibətlərdən uzaq durun. Unutmayın ki, hər sevgi xoşbəxt sonluqla bitmir. Beləliklə, münasibətinizi gücləndirmək üçün əlinizdən gələni edin. Bu aylarda sosial münasibətlərinizdə hərəkətlilik müşahidə edə bilə, yeni dostlar qazana bilərsiniz. Lakin çox da hisslərə qapılmayın.
 
Bu ay risk almaqda uza durun və hisslərinizə görə qərarlar verməyin. Səhhətinizə fikir vermək lazımdır. Həyata baxış bucağınızı dəyişdirmək və ya həyatınıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Əyləncəniz üçün xərcləyəcəyiniz pullar fikir verin ki büdcənizdən kənara çıxmayasınız. 
 
Sevgi həyatınızda dəyişiklik ola bilər. Ani qərarlar verməyin.
 
Bu ay və ya növbəti aylarda sizinlə eyni dünyagörüşlü, eyni düşüncədə olan insanlarla münasibət qurmaq istəyə bilərsiniz. Hətta öz işinizi də qura bilərsiniz bu aylarda.

« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!