Bürclərin xasiyyətləri:

Bürclər » Aylıq Bürclər » Əkizlər bürcü


Əkizlər bürcü - 18 September 2019 - Çərşənbə
Ayın ilk günlərində həyatınıza yeni insanların daxil olmasına mane olmaq istəyəcək, hətta bəzi insanları həyatınızdan çıxarmaq istəyəcəksiniz. İkinci həftədə isə həyata baxışınız qismən dəyişə bilər. Ayın ortalarına görüləsi xeyli işlər olacaq, hətta bu qədər işi necə çatdıracağınız mövzusunda xeyli fikrə gedəcəksiniz. Bu ərəfədə bununla yanaşı bəzi insanlarla da məşgul olmaq lazım olacaq. Lakin bəzi insanlar sizə işlərinizdə köməklik göstərmək istəyəcək. Bu zaman ən xırda məlumatı belə kimləsə paylaşmaq yanlış addım olacaq.
 
Bu və növbəti ayda eviniz, ailəniz və yoldaşınızla bağlı məsələlər bir-biri ilə uzlaşmaya bilər. Müzakirə predmeti ola bilər, şikayətlərlə üzləşə bilər, bir-biri ilə yola getməyən yoldaşınız və digər ailə üzvünüz arasında bərabərlik yaratmaq üçün bir az əziyyət çəkə bilərsiniz. Lakin, üstünlüyünüz budur ki, siz hissləri ilə yox, məntiqi ilə hərəkət edən güclü bir bürcsünüz və hadisələrə obyektiv yanaşmanız həmişə yolunuzu açacaq.
 
Bu ay karyeranızla birbaşa bağlı insalara qarşı ani qərar verməkdən uzaq durmalısınız. Sizdən istifadə etdiyini düşündüyünüz insanlarla aranızda problem ola bilər. Hətta eviniz və karyeranız arasında sıxılıb qala bilərsiniz. Hadisələri öz axarına buraxmaq düzgün addım olacaq. Xüsusən də bu və növbəti yay aylarında sevgi və ya ailə həyatınızda içinizdə yüksək enerji hiss edəcəksiniz.
 
Bu ay və növbəti aylarda iş həyatınıza və imicinizə təsir edəcək sürətli və əvvəlcədən planlaşdırılmayan hadisələr baş verə bilər. Bəzi qərarlar alma mərhələlərində hadisələri öz axarına buraxmaq faydalı olacaq. Pis vərdişlər və ya xoş olmayan hərəkətlərə maraq göstərə bilərsiniz. Bu kimi şeylərdən uzaq durmaq lazımdır. 

« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!