Bürclərin xasiyyətləri:

Bürclər » Aylıq Bürclər » Xərçəng bürcü


Xərçəng bürcü - 18 September 2019 - Çərşənbə
Ayın ilk günlərində hər kəsin diqqət mərkəzində ola bilər və ya diqqət çəkmək üçün etdiyiniz işlər uğurlu nəticə verəcək. Öz motivasiyanızı özünüz təmin etmək məcburiyyətindəsiniz. Çünki bu ərəfələrdə bir yorğunluq, tənbəllik üstünüzə çökəcək və özünüzü bəzən halsız hiss edəcəksiniz.
 
Ayın üçüncü həftəsində ailənizi və yaxın dostlarınızı qorumaq duyğusu hiss edəcəksiniz. Bu insanları qorumaq üçün əlinizdən gələni etmək istəyəcəksiniz. Eviniz, ailənii və ya yaşadığınız yerlə bağlı hadisələrdə çətin günlər yaşaya bilərsiniz. Sevdiyiniz bir insanla ciddi bir küsmə ehtimalıınız var.
 
Ayın sonlarına doğru daha da yorula bilərsiniz, lakin hərəkətlərinizin bütün çətinliklərə dəydiyinin şahidi olacaq və qazandığınız uğuru hiss edəcəksiniz. Ayın sonlarına doğru işləriniz çətinləşsə də, bu, heç nəyi həll edə bilməyəcəyinizi bildirmir, çünki siz güclü bir bürcsünüz.
 
Bu ay həm də qohum-əqrəbalarınızı və ya yaxın dostlarınızı ziyarət etməyə gedə bilərsiniz. Uzun məsafəli səfərləriniz sizi bir az yoracaq, üstəlik uzaqdakı bir tanışınızın problemləri ilə maraqlanmaq məcburiyyətində qala bilərsiniz. Bu həm də bir az vaxtınızı alacaq.
 
Bu ay ümumiyyətlə həssaslığınız maksimal səviyyədə olacaq. Əlinizdən gəldiyi qədər rahatlayacağınız işlər, hobbilərinizə vaxt ayırın və ani qərarlar verməyin. Sağlamlığınıza xüsusi diqqət edin.

« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!