Bürclərin xasiyyətləri:

Bürclər » Aylıq Bürclər » Qız bürcü


Qız bürcü - 18 September 2019 - Çərşənbə
Ayın ilk günlərində bəzi gözləmədiyiniz hadisələr baş verə bilər. Uzunmüddətli plan, proqram və ya layihələr üzərinə düşünmək və ya hansısa hadisənin ümumi gedişatına fokuslanmaq üçün uyğun günlərdəsiniz.
 
Birinci ongünlükdən sonra komanda işləri, qrup işləri və ya birgə görülməli işlərdə problem çıxa bilər. Mümkün olduğu qədər tək işləməyə çalışın.
 
İkinci ongünlükdə isə bu dəfə qurduğunuz sistemi və ya tədbiri müzakirə edən və ya mane olmağa çalışan insanlarla qarşılaşa bilərsiniz. Ayın son günlərində uzaqda yaşayan tanışlar və ya qohum-əqrəbalar sizinlə əlaqə saxlamağa çalışa bilər. 
 
Bu ay evliliyiniz, iş birlikləriniz və ya ortağınız diqqət tələb edir. Bəzi qərarlarınız sorğulana bilər, bəzi insanlar iç üzünü görə bilərsiniz. Bu ayda iş birliyi planlaşdırdığınız insanla çətinlik yaşaya bilərsiniz. Ailəniz və ya evliliyinizlə də bağlı problemlər ola bilər. Bu ayda sağlamlığınıza xüsusi diqqət etməyiniz vacibdir.

« Paylaş və iPhone 6 qazanmaq şansı əldə et!